Qelebə.az / Mourinyo Arda Güler haqda: “Modriç kimi olacaq”

Mourinyo Arda Güler haqda: “Modriç kimi olacaq”

Dünən, 18:39

“Real”ın baş məşqçisi Joze Mourinyo komandanın türkiyəli yarımmüdafiəçisi Arda Gülerin inkişafı barədə danışıb.

QELEBE.AZ xəbər verir ki, portuqaliyalı mütəxəssis 21 yaşlı futbolçunun gələcəkdə meydandakı mövqeyini dəyişə biləcəyini bildirib:

“Ardanı bəyənirəm. Düşünürəm ki, onunla Modriç və ya Bernardu Silvada olduğu kimi bir şey baş verəcək. Futbolçu bir mövqedə başlayır, digərində karyerasını davam etdirir. 10 nömrə mövqeyindən başlayıb, sonda 8 və ya 6 nömrə mövqeyində oynaya bilər.

Düşünürəm ki, Arda inkişaf etdikcə və oyunu daha yaxşı başa düşdükcə bu istiqamətdə irəliləyəcək”.

Qeyd edək ki, Arda Güler 2025/26 mövsümündə “Real”ın heyətində bütün turnirlərdə 51 oyuna çıxıb, 6 qol vurub və 14 məhsuldar ötürmə edib.

Geri qayıt