Niklas Füllkruq “Verder”ə qayıdıb.
QELEBE.AZ xəbər verir ki, 33 yaşlı hücumçu İngiltərənin “Vest Hem” klubundan Bremen təmsilçisinə bir mövsümlük icarəyə keçib.
Füllkruq peşəkar karyerasına “Verder”də başlayıb və 2019-2023-cü illərdə də bu klubun formasını geyinib.
Almaniya millisinin üzvü ötən mövsüm Premyer Liqada 8 oyuna çıxıb. Qış fasiləsində “Milan”a icarəyə keçən Füllkruq A Seriyasında 20 matçda 1 qol vurub.
Bremen klubu, həmçinin “Frayburq”dan Eren Dinkçini bir mövsümlük icarəyə götürüb. 24 yaşlı cinah oyunçusu ötən mövsümün ikinci yarısını “Haydenhaym”da keçirib və 14 Bundesliqa oyununda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
