Qelebə.az / “İndi bir çox futbolçu PSJ-yə keçmək istəyir”

“İndi bir çox futbolçu PSJ-yə keçmək istəyir”

Dünən, 16:29

PSJ-nin baş məşqçisi Luis Enrike klubun transfer siyasəti barədə danışıb.

Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının oyun modelinə uyğun futbolçu tapmağın çətin olduğunu bildirib:

“Hazırda bir çox futbolçu PSJ-yə keçmək istəyir. Lakin tələblərimizə həqiqətən cavab verən oyunçuları tapmaq çox çətindir. Bir çoxunda bizim oyun modelimiz üçün lazım olan keyfiyyətlər yoxdur.

Hər futbolçunun komandaya qoşulması üçün ciddi iş görülür. PSJ-də bütün tərəflərlə danışıqlar aparmaq üçün ən yaxşı mövqedəyəm. Amma bu barədə yalnız transfer pəncərəsi bağlandıqdan sonra danışa bilərəm”.

Geri qayıt