Qelebə.az / İdmançımız dünya reytinqində 2 pillə irəliləyib

İdmançımız dünya reytinqində 2 pillə irəliləyib

Bu gün, 15:55

Bocciaçımız Sona Ağayeva dünya reytinq cədvəlində 2 pillə irəliləyib.

QELEBE.AZ xəbər verir ki, son olaraq Misirin paytaxtı Qahirədə keçirilən boccia üzrə Çellencer turnirində BC2 kateqoriyasında qızıl medal qazanan Sona Ağayeva bu nəticəyə əsasən 6,5 reytinq xalı əldə edib.

Bununla da xalını 38,2-yə çatdıran paralimpiyaçımız Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya qazandıran reytinq cədvəlində 17-ci pillədən 15-ci pilləyə yüksəlib.

Geri qayıt