“Şəfa” klubu növbəti transferini reallaşdırıb.
QELEBE.AZ xəbər verir ki, komanda Omar Abdulaye Diavla anlaşıb.
Bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Fransalı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 25 yaşlı futbolçu son olaraq Belçikanın “Akren-Lessin” klubunda çıxış edib. O, ölkəsində isə “Olimpik Markkua” və “Krua” komandalarının formasını geyinib.