Türkiyənin “Fənərbaxça” klubu heyətini ulduz futbolçu ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, İstanbul təmsilçisi Romelu Lukakunun transferini rəsmən açıqlayıb.
Hücumçu ilə 1+1 illik razılıq əldə olunduğunu bildirib.
33 yaşlı futbolçu müqavilə imzalamaq və tibbi müayinədən keçmək üçün bu axşam İstanbula gələcək.
Lukaku son olaraq İtaliyanın “Napoli” klubunda çıxış edib.
Qeyd edək ki, Belçika millisinin üzvü karyerası ərzində “Anderlext”, “Çelsi”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “İnter”, “Roma” və “Napoli”nin də formasını geyinib.