Qelebə.az / "Gent"in futbolçusu: "Qarabağ"ın sol cinahı xüsusilə təhlükəlidir"

"Gent"in futbolçusu: "Qarabağ"ın sol cinahı xüsusilə təhlükəlidir"

22-02-2023, 19:31

"Qarabağ" hücum keyfiyyətləri yüksək olan komandadır. Rəqibin sol cinahı xüsusilə təhlükəlidir".

"Report"un məlumatına görə, bunu "Gent"in futbolçusu Jülyen De Sart Belçikada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi "köhlən atlar"ın Avropa Liqası səviyyəsində komanda olduğunu bildirib: "Bunu cari mövsümdə artıq sübut ediblər. Ehtiyatlı olmalıyıq. Oyunu səbirsizliklə gözləyirəm. Bu, karyeramda 30-cu avrokubok matçı olacaq. Ona görə də meydanda hər şeyimi verməyə həvəsliyəm".

Qeyd edək ki, fevralın 23-də "Gelamko Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Geri qayıt