Fransanın PSJ klubu “Aston Villa”nın və Fransa millisinin sol cinah müdafiəçisi Luka Dinin transferini açıqlayıb.
Apasport.az xəbər verir ki, Paris təmsilçisi 33 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Paris klubu bu keçid üçün qarşı tərəfə 10 milyon avro ödəyib. Təcrübəli müdafiəçi yeni komandasında 12 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Din 2013–2016-cı illərdə də PSJ-nin şərəfini qoruyub və bu müddətdə paytaxt klubu ilə 8 titul qazanıb.