Qelebə.az / "Barselona"nın sabiq prezidentinin hakimlərə və jurnalistlərə pul verdiyi iddia olunur

"Barselona"nın sabiq prezidentinin hakimlərə və jurnalistlərə pul verdiyi iddia olunur

22-02-2023, 13:24

İspaniyanın "Barselona" klubunun sabiq prezidenti Xosep Maria Bartomeunun hakimlərə pul verdiyi iddia olunur.

"QELEBE.AZ" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, o, Hakimlər Komitəsinin vitse-prezidenti Negreiraya məxsus şirkətə 1,5 milyon avro ödəyib.

İddia təsdiqlənəcəyi təqdirdə, Kataloniya təmsilçisi aşağı liqaya düşəcək və 5 il futboldan kənarlaşdırılacaq.

Bundan əlavə, "The Objective" nəşri Bartomeunun rəhbər olduğu dönəmdə jurnalistlərə də 7,2 milyon avro verdiyini yazıb.

Qeyd edək ki, Xosep Maria Bartomeu 2014-2020-ci illərdə "Barselona"nın prezidenti olub.

Geri qayıt