Qelebə.az / “Arsenal”a qarşı oyunlar həmişə çətin keçib”

“Arsenal”a qarşı oyunlar həmişə çətin keçib”

Bu gün, 10:05

“Arsenal”ın yeni transferi Bruno Gimarayeş komandanın yarımmüdafiə xəttini yüksək qiymətləndirib.

Apasport.az xəbər verir ki, braziliyalı futbolçu London klubunun rəsmi saytına açıqlamasında “Arsenal”ın orta sahəsinin Avropanın ən güclülərindən biri olduğunu deyib:

“Fikrimcə, “Arsenal”ın yarımmüdafiə xətti Avropanın ən güclülərindən biridir. Burada möhtəşəm futbolçular toplaşıb. “Arsenal”a qarşı hər oynadığımda matçlar çox çətin keçib. Onlar topa yaxşı nəzarət edir və vahid komanda kimi müdafiə olunurlar. Düşünürəm ki, bu oyun üslubu mənə tam uyğundur. Çünki mən də məhz belə oynamağı sevirəm”.

Qeyd edək ki, “Arsenal” Bruno Gimarayeşin transferi üçün “Nyukasl”a 75 milyon funt sterlinq (87,75 milyon avro) ödəyib. 28 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.

Geri qayıt