Azərbaycan Abilimpiya Federasiyasının vitse-prezidenti Rüfət Hacılı Beynəlxalq Abilimpiya Federasiyasının üzvlüyünə namizəd olub.
"QELEBE.AZ" xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, burada 12 yerə 14 namizəd var: "Fransanın Mets şəhərində yarışlar başlamazdan əvvəl Beynəlxalq Abilimpiya Federasiyasının assambleyası keçiriləcək. Orada İdarə Heyətinin üzvləri seçiləcək".
Qeyd edək ki, 22-25 mart tarixlərində Fransanın Mets şəhərində X Beynəlxalq Abilimpiya çempionatı keçiriləcək.