Qızlardan ibarət U-18 millimiz Rumıniyanın Tulça şəhərində keçirilən Avropa çempionatının B divizionunda 17-20-ci yerlər uğrunda oyunda Estoniya seçməsi ilə qarşılaşıb.
QELEBE.AZ xəbər verir ki, yığmamız gərgin mübarizə şəraitində keçən görüşdə 74:71 hesabı ilə qalib gəlib.
Matçın ən dəyərli basketbolçusu (MVP) millimizin üzvü Polina Şukina seçilib. O, qarşılaşmada 19 xal və 16 ribaundla yadda qalıb.
Qeyd edək ki, qızlarımız son oyununu avqustun 9-da Bakı vaxtı ilə saat 12:00-da Norveç seçməsinə qarşı keçirəcək.