Türkiyənin “Erzurumspor” klubu Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin transferini açıqlayıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti paylaşım edib.
22 yaşlı hücumçu ilə 1 illik icarə müqaviləsi imzalanıb.
Mərasimdə Erzurum təmsilçisinin prezidenti Ahmet Dal da iştirak edib.
Qeyd edək ki, Axundzadə müqavilə ilə ABŞ-nin "Kolumbus Kryu" klubuna məxsusdur.