Qelebə.az / “Mançester Yunayted” kolumbiyalı istedadı transfer etdi

“Mançester Yunayted” kolumbiyalı istedadı transfer etdi

Bu gün, 21:28

“Mançester Yunayted” heyətini gənc futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, İngiltərə klubu Kolumbiyanın yüksək liqa təmsilçisi “Fortalesa”dan Kristian Oroskonu transfer edib.

Bu barədə “Mançester Yunayted”in mətbuat xidməti məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi ötən mövsüm “Fortalesa”nın əsas komandasında 5 matçda meydana çıxıb. Orosko, həmçinin Kolumbiyanın U-17 millisinin heyətinə müntəzəm dəvət alır.

Gənc futbolçu ilk mərhələdə “Mançester Yunayted”in akademiyasında məşqlərə qoşulacaq.

Geri qayıt