Uruqvay yığmasında baş məşqçi postuna müvəqqəti təyinat baş tutub.
QELEBE.AZ xəbər verir ki, komandanın sükanı Dieqo Forlana tapşırılıb.
“Mançester Yunayted”in keçmiş hücumçusu bu vəzifədə Marselo Byelsanı əvəzləyib. Təcrübəli mütəxəssis DÇ-2026-nın qrup mərhələsindəki uğursuz çıxışdan sonra komandadan ayrılmışdı.
47 yaşlı Forlan payızda keçiriləcək yoldaşlıq görüşlərində komandaya rəhbərlik edəcək. Gələn il isə yığmaya daimi baş məşqçi təyin olunacaq. O, Uruqvayın U-20 millisini də çalışdıracaq.