Qelebə.az / "Şəfa" rəhbərliyi komandanın düşərgəsində

"Şəfa" rəhbərliyi komandanın düşərgəsində

Bu gün, 21:23

“Şəfa” FK-nın prezidenti Kənan Sadıqlı, vitse-prezident Əfran İsmayılov və klubun məxsus olduğu “MyGroup Holdinq”in rəhbəri Emil İsgəndərov yay təlim-məşq toplanışı davam edən komandanın düşərgəsini ziyarət ediblər.

Apasport.az xəbər verir ki, komandanın məşqindən sonra futbolçu və məşqçi heyəti ilə görüş keçirilib.

Kənan Sadıqlı “Şəfa”nın İkinci Liqadan başlayan və Premyer Liqaya yüksəlməsi ilə nəticələnən uğurlu yolundan danışıb.

Klub prezidenti yeni mövsümdə komandaya uğurlar arzulayıb, futbolçulara mübariz ruhda olmaqla yanaşı, rəqiblərə, hakimlərə və azarkeşlərə hörmətlə yanaşmağı, “Şəfa”nın adına layiq şəkildə mübarizə aparmağı tövsiyə edib.

“MyGroup Holdinq”in rəhbəri Emil İsgəndərov da komandaya uğurlar arzulayaraq futbolçu və məşqçi heyətinə hər zaman dəstək olacağını bildirib.

Baş məşqçi Zaur Həşimov göstərilən diqqət və dəstəyə görə klub rəhbərliyinə təşəkkürünü bildirib. Daha sonra kapitan Tərlan Quliyev futbolçular adından rəhbərliyə minnətdarlığını ifadə edib.

Sonda komandanın yeni transferi - yarımmüdafiəçi Musa Quelə xoş sürpriz olunub. Üçüncü övladı Bakıda dünyaya gələn fransalı futbolçuya klub rəhbərliyi tərəfindən xüsusi hədiyyə təqdim edilib.

Geri qayıt