Paracüdo üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa çempionatı öncəsi hazırlığını başa vurub.
QELEBE.AZ xəbər verir ki, yığma Göygöl Olimpiya İdman Kompleksində keçirilən təlim-məşq toplanışını uğurla yekunlaşdırıb.
Paracüdoçularımız avqustun 14-16-da Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcəklər.