“Fənərbaxça” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şturm”la oyunda (2:0) zədələnən Ceydon Ostervoldenin vəziyyəti ilə bağlı məlumat yayıb.
Apasport.az xəbər verir ki, niderlandlı müdafiəçinin arxa bud vətərində qismən yırtıq aşkarlanıb.
Bu barədə "sarı-lacivərdlilər"in mətbuat xidməti məlumat yayıb.
25 yaşlı oyunçunun 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.