“Niderland millisinin və İngiltərənin “Liverpul” klubunun hücumçusu Kodi Qakpo karyerasını “Tottenhem”də davam etdirə bilər.
QELEBE.AZ xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
London təmsilçisi 27 yaşlı futbolçunun nümayəndələri ilə birbaşa danışıqlara başlayıb. Lakin transferin baş tutması “Liverpul”un yekun qərarından asılıdır.
Bildirilir ki, mersisaydlılar iyul ayında Qakponun satılmasına razılıq verməyiblər. Bununla belə, klubun PSJ-nin vingeri Bredli Barkola ilə bağlı planları və təklif olunacaq maliyyə paketi vəziyyəti dəyişə bilər. Qakponun artıq “Tottenhem”in baş məşqçisi Roberto de Zerbi ilə danışdığı və bu keçidə müsbət yanaşdığı vurğulanır.
“Tottenhem” transfer üçün təxminən 65 milyon funt sterlinq ödəməyi nəzərdən keçirir. London klubunun alternativ variantı isə Misir millisinin hücumçusu Ömər Marmuşdur.