Qelebə.az / “LANDAU Lions”dan yeni transfer

“LANDAU Lions”dan yeni transfer

Dünən, 22:25

"LANDAU Lions" basketbol klubu heyətini amerikalı oyunçu Edvard Polayt ilə gücləndirib.

QELEBE.AZ xəbər verir ki, hücumçu ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, Polayt buna qədər Azərbaycanda "Neftçi" komandasında çıxış edib. Edvard Polayt ABL-də hər oyuna ortalama 13.7 xal, 9 ribaund, 3.5 assistli göstərici ilə komandasının liderlərindən olub.

Geri qayıt