Qelebə.az / “Turan Tovuz”dan 2 milyon dollarlıq əməkdaşlıq

“Turan Tovuz”dan 2 milyon dollarlıq əməkdaşlıq

Bu gün, 20:52

“Turan Tovuz” klubu yeni tərəfdaşlıq müqaviləsi imzalayıb.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisi “PeakEye Group” şirkəti ilə rəsmi əməkdaşlığa başlayıb.

Müqavilənin imzalanması ilə bağlı keçirilən tədbirdə klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev sazişin maliyyə dəyərinin 2 milyon dollar olduğunu açıqlayıb.

O bildirib ki, tərəfdaşlıq çərçivəsində əldə olunacaq vəsait klubun infrastrukturunun yaxşılaşdırılmasına, akademiyanın ehtiyaclarının qarşılanmasına və əsas komandanın gücləndirilməsinə yönəldiləcək.

Mərasimdə iştirak edən gənclər və idman naziri Fərid Qayıbov əməkdaşlığı Azərbaycan idmanı üçün əlamətdar hadisə adlandırıb:

“Ümid edirəm ki, futbolumuzda və ümumiyyətlə idmanımızda sponsorların sayı daha da artacaq”.

Ehtiram Quliyev isə müqavilənin yalnız “Turan Tovuz” üçün deyil, bütövlükdə Azərbaycan futbolu baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Geri qayıt