Qelebə.az / Bölgə klubunun baş məşqçisi BƏLLİ OLDU

Bölgə klubunun baş məşqçisi BƏLLİ OLDU

Dünən, 18:54

I Liqada yarışan "Zaqatala"nın yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisini Rakif Əliyev çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Əliyev "Qəbələ" və "Kəpəz"də analitik kimi fəaliyyət göstərib, həmçinin, "Qarabağ"ın akademiyasında çalışıb.

Geri qayıt