Qelebə.az / Arsen Venger FİFA-nın layihəsi haqqında – “Ləğvi zəruri idi”

Arsen Venger FİFA-nın layihəsi haqqında – “Ləğvi zəruri idi”

Bu gün, 15:28

FİFA-nın qlobal futbolun inkişafı üzrə direktoru Arsen Venger “FIFA Forward Enterprise” (FFE) kommersiya planının hazırlanmasında iştirak etmədiyini açıqlayıb.

QELEBE.AZ xəbər verir ki, fransalı mütəxəssis layihənin ləğv olunması qərarını dəstəkləyib.

Venger FİFA-dakı vəzifəsinin qlobal futbolun inkişafı ilə bağlı olduğunu bildirib:

“Komandamla birlikdə oyun məlumatlarının təhlilinə, FİFA-nın onlayn məşq mərkəzinin fəaliyyətinə, buna daha çox ehtiyac duyulan 60 ölkədə 60 akademiya vasitəsilə gənclərin hazırlanmasına və dünyada keçirilən yeniyetmələr arasındakı yarışlara nəzarət edirəm.

Bundan əlavə, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının texniki məsləhətçisiyəm. Bu strateji planın hazırlanmasında iştirak etməmişəm və layihə barədə ilk dəfə mediadan xəbər tutmuşam”.

Fransalı mütəxəssis layihənin dayandırılmasını zəruri qərar adlandırıb:

“Layihənin ləğv edilməsi tamamilə zəruri və mübahisəsiz qərar idi. Çünki idmanımıza sədaqət, şəffaflıq və dürüstlüklə xidmət edən müstəqil FİFA-nın mövcudluğunun vacibliyinə qəti şəkildə inanıram”.

Qeyd edək ki, sözügedən təşəbbüs dünya çempionatının yayım və kommersiya hüquqlarının satışı üçün yeni strukturun yaradılmasını nəzərdə tuturdu. Lakin futbol konfederasiyalarının etirazı və UEFA üzvü olan ölkələrin turniri boykot etmək təhlükəsi fonunda FİFA prezidenti Canni İnfantino layihədən imtina edib.

Geri qayıt