"Karvan-Yevlax"da ayrılıq yaşanıb.
QELEBE.AZ xəbər verir ki, Elvin Yunuszadə komandanı tərk edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, Elvin Yunuszadə "Karvan-Yevlax"ın heyətində 19 oyun keçirib.