Qelebə.az / “Neftçi” basketbol komandasında yeni baş məşqçi

“Neftçi” basketbol komandasında yeni baş məşqçi

Bu gün, 18:50

“Neftçi” basketbol klubu yunanıstanlı mütəxəssis Konstantinos (Kostas) Vasiliadis ilə müqavilə imzalayıb.

QELEBE.AZ xəbər verir ki, 42 yaşlı mütəxəssis zəngin basketbolçu karyerası ilə tanınır.

O, zamanında “Olimpiakos, “Paok”, “Unikaxa Malaqa”, “Anadolu Efes” və “Bilbao Basket” kimi Avropanın önəmli klublarında çıxış edib.

Son olaraq İspaniyanın “Lusentum Alikante” klubunu (2025-2026) çalışdıran Konstantinos Vasiliadislə ilkin olaraq 2026-2027-ci illər mövsümünün sonunadək müqavilə bağlanıb. Mövsümün sonunda isə müqavilənin müddəti yenidən dəyərləndiriləcək.

Geri qayıt