Qelebə.az / Braziliyalı hücumçu "Sumqayıt"da

Braziliyalı hücumçu "Sumqayıt"da

Bu gün, 17:20

2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu keçidini reallaşdırıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Göyərçinlər" son olaraq Braziliyanın “Kaşias” komandasında çıxış edən hücumçu Jeam Oliveyra ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 31 yaşlı futbolçu Braziliyanın “Fortaleza” klubunun yetirməsidir.

Geri qayıt