“Sabah”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.
Bakı klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi “Orhus”a məğlub olacağı təqdirdə Avropa Liqasının pley-offunda “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə avqustun 27-də keçiriləcək.