Qelebə.az / Lui van Qal Niderland millisinə qayıdır?

Lui van Qal Niderland millisinə qayıdır?

Bu gün, 13:05

Məşhur niderlandlı mütəxəssis Lui van Qal ölkəsinin milli komandasına qayıda bilər.

QELEBE.AZ xəbər verir ki, 74 yaşlı məşqçi federasiya ilə danışıqlara başlamağa hazırdır.

Bu barədə “De Telegraaf” nəşri məlumat yayıb.

Bildirilir ki, van Qal Niderland millisinin hazırkı heyətindəki futbolçuların əksəriyyətini yaxşı tanıyır və beynəlxalq turnirləri yaxından izləyir.

Qeyd edək ki, Lui van Qal 2000–2001, 2012–2014 və 2021–2022-ci illərdə Niderland millisinə rəhbərlik edib.

Geri qayıt