Qelebə.az / “Neftçi SOCAR” Tokioda 1/4 finala yüksəldi – Qrup lideri oldu

“Neftçi SOCAR” Tokioda 1/4 finala yüksəldi – Qrup lideri oldu

Dünən, 15:05

3x3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala vəsiqə qazanıb.

QELEBE.AZ xəbər verir ki, Azərbaycan təmsilçisi ilk oyunda ABŞ millisini 18:13 hesabı ilə məğlub edib.

“Neftçi SOCAR” qrupdakı son qarşılaşmasında isə Niderlandın U-25 komandasına 20:18 hesabı ilə qalib gəlib. Beləliklə, komanda qrup lideri kimi pley-offa yüksəlib.

Təmsilçimiz 1/4 finalda Çinin “Pekin” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 07:00-da başlayacaq.

Geri qayıt