Qelebə.az / “Çatışmazlıqları görürük və onları düzəltməyə çalışacağıq”

“Çatışmazlıqları görürük və onları düzəltməyə çalışacağıq”

Bu gün, 00:06

“Şəfa” ilə keçirilən yoxlama oyunundan sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Cavid Hüseynov komandasının hazırlıq prosesi barədə danışıb.

QELEBE.AZ xəbər verir ki, mütəxəssis qarşılaşma zamanı əsas məqsədin çatışmazlıqları müəyyənləşdirmək olduğunu bildirib:

““İmişli” ilə oyunda etdiyimiz səhvlər üzərində işlədik, onları düzəltmək istiqamətində məşqlər etdik. Ancaq yenə işləməliyik, çünki qısa vaxtda bunları aradan qaldırmaq mümkün deyil. Komanda hələ ki, 60 dəqiqə oynamağa hazırdır. Ona görə əsas heyət 60 dəqiqə meydanda oldu, daha sonra digər futbolçulara şans verdik.

Ümumilikdə yoxlama oyunları komandada olan çatışmazlıqları görmək və təsbit etmək üçündür ki, məşq prosesində də onları düzəldək. Hazırlığımız davam edir. Hansı sahələrdə axsadığımızı bilirik və onları aradan qaldırmağa çalışacağıq”.

Geri qayıt