Qelebə.az / Mudrikin dopinq cəzası ləğv olundu

Mudrikin dopinq cəzası ləğv olundu

Dünən, 22:52

“Çelsi”nin cinah hücumçusu Mixail Mudrikin dopinq işi ilə bağlı verilən cəza ləğv edilib.

Apasport.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, futbolçu ilə bağlı intizam araşdırması başa çatıb və onun diskvalifikasiyası qüvvədən salınıb.

Jurnalist Bobbi Vinsentin məlumatına görə, ukraynalı futbolçunun yaxın günlərdə “Çelsi”nin Honkonqdakı hazırlıq düşərgəsinə qoşulacağı gözlənilir.

Xatırladaq ki, Mudrik 2024-cü ilin oktyabrında götürülən dopinq nümunəsində meldonium izləri aşkar edildikdən sonra müvəqqəti olaraq futboldan kənarlaşdırılmışdı. FA 2025-ci ilin mayında ona rəsmi ittiham irəli sürmüş, 2026-cı ilin yanvarında isə futbolçu dörd il müddətinə diskvalifikasiya edilmişdi.

Geri qayıt