Qelebə.az / Premyer Liqa klubunda baş məşqçi istefası

Premyer Liqa klubunda baş məşqçi istefası

Bu gün, 20:57

İngiltərə Premyer Liqası təmsilçisi “Nyukasl” baş məşqçisi Eddi Hau ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Eddi Hau 2021-ci ilin noyabrından “Nyukasl”a rəhbərlik edirdi.

Qeyd edək ki, “sağsağanlar” 2025/26 mövsümünü Premyer Liqada 49 xalla 12-ci pillədə başa vurublar.

Geri qayıt