İngiltərənin "Nyukasl" klubu baş məşqçi postuna Mattias Yayslı gətirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Premyer Liqa təmsilçisi alman mütəxəssisinin müqaviləsini vaxtından əvvəl pozmaq üçün Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna 11 milyon avro təzminat ödəyəcək.
37 yaşlı çalışdırıcı "Nyukasl"la 2030-cu ilin iyun ayınadək nəzərdə tutulan müqavilə imzalayacaq.
Onun şənbə günü İngiltərəyə gələrək yeni komandasına təqdim olunacağı gözlənilir.
Qeyd edək ki, Mattias Yaysl 2023-cü ildən "Əl-Əhli"ni çalışdırırdı. Onun rəhbərliyi altında Ciddə təmsilçisi ötən mövsüm AFC Çempionlar Liqasının Elit turnirinin qalibi olub.