UEFA Avropa Liqasının II təsnifat mərhələsinin CSKA (Sofiya, Bolqarıstan) - “Qarabağ” oyunundan (0:0, penaltilərlə 5:4) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib.
QELEBE.AZ xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:
“Yaxşı oyun oldu. Güclü komandaya qarşı çıxış etdik. Eyni səviyyədə olan iki kollektiv üz-üzə gəldi. Nəticə də bunu göstərdi. Futbolçularım böyük xarakter göstərdilər. Onların oyuna yanaşmalarından çox razı qaldım. Artıq qarşıdakı matça hazırlaşacağıq. Əlbəttə ki, 120 dəqiqəlik mübarizə bir az yorucu oldu. Ancaq azarkeşlər üçün maraqlı mübarizə alındı, onlar oyundan həzz aldılar”.