Qelebə.az / Azərbaycanın çimərlik futbolu üzrə millisi Avropa oyunlarına vəsiqə qazanıb

Azərbaycanın çimərlik futbolu üzrə millisi Avropa oyunlarına vəsiqə qazanıb

10-09-2022, 19:00

Avropa çempionatının seçmə mərhələsinin (EBSL-2022) ikinci raundunda mübarizə aparan çimərlik futbolu üzrə Azərbaycan milli komandası turnirdə növbəti oyununu keçirib.

"QELEBE.AZ" xəbər verir ki, İtaliyanın Kalyarı şəhərində təşkil olunan matçda Polşa yığması ilə qarşılaşan kollektiv 6:2 hesablı qələbə qazanıb. Qolları Ramil Əliyev (2), Orxan Məmmədov, Hüseyn Axundov, Sabir Allahquliyev və Amid Nəzərov vurublar.

Qeyd edək ki, milli sentyabrın11-də 5-ci yer uğrunda oyunda yenidən Ukrayna yığması ilə qarşılaşacaq. Bu oyunun nəticədən asılı olmayaraq, yığma gələn il Polşanın Krakov şəhərində təşkil ediləcək çimərlik futbolu üzrə üçüncü Avropa oyunlarına vəsiqə qazanıb.

Geri qayıt