Qelebə.az / “Turan Tovuz”un Türkiyədəki növbəti rəqibi bəlli oldu

“Turan Tovuz”un Türkiyədəki növbəti rəqibi bəlli oldu

29-07-2026, 23:11

Yeni mövsümə Türkiyədə hazırlaşan “Turan Tovuz”un yoxlama oyunundakı növbəti rəqibi müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv Türkiyənin “Iğdır” klubu ilə qarşılaşacaq.

Görüş iyulun 31-də keçiriləcək.

Qeyd edək ki, “Turan Tovuz” Türkiyə toplanışı çərçivəsində daha əvvəl iki yoxlama oyunu keçirib. Qərb bölgəsi təmsilçisi İranın U-21 millisi və “Fatih Karagümrük”lə qarşılaşıb. Hər iki matç 1:1 hesabı ilə başa çatıb.

Geri qayıt