Qelebə.az / Azərbaycan iki güləşçisi dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycan iki güləşçisi dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Bu gün, 18:46

Azərbaycanın daha bir güləşçisi dünya çempionatında gümüş medal qazanıb.

QELEBE.AZ xəbər verir ki, 51 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda keçirilən U-17 dünya çempionatının final görüşündə Özbəkistan təmsilçisi Bunyod Həsənova məğlub olaraq ikinci yeri tutub.

Bununla da Azərbaycan millisinin mundialdakı medal sayı 5-ə çatıb.

Daha əvvəl Əli Cavadlı (45 kq), İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medala sahib olublar.

***

18.38

Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazanıb.

QELEBE.AZ xəbər verir ki, 45 kq çəki dərəcəsində çıxış edən güləşçi final görüşündə ABŞ təmsilçisi Raylen Vaksa məğlub olub.

Bununla da Azərbaycan millisinin mundialdakı medal sayını 4-ə çatdırıb.

Daha əvvəl İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medala sahib çıxıblar.

Geri qayıt