Qelebə.az / Basketbol üzrə Azərbaycan Kubokunda qrupların tərkibi müəyyənləşib

Basketbol üzrə Azərbaycan Kubokunda qrupların tərkibi müəyyənləşib

21-02-2023, 11:45

Basketbol üzrə Azərbaycan Kubokunda qrupların tərkibi müəyyənləşib.

Azərbaycan Basketbol Federasiyasından “Report”a verilən məlumata görə, püşkatma mərasimi qurumun inzibati binasında baş tutub.

21-26 mart tarixləri aralığında “Sərhədçi” İdman Mərkəzində keçiriləcək Azərbaycan Kubokunda 8 komanda A və B qruplarında mübarizə aparacaqlar.

A qrupunda “Sabah”, “AAAF Xırdalan”, “Sərhədçi”, “Gəncə”, B qrupunda isə NTD, “Zirvə Astara”, “Neftçi” və “Olimpik Şəki” qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunun reqlamentinə əsasən, oyun zamanı meydançada mütləq şəkildə 3 yerli basketbolçu olmalıdır.

Geri qayıt