Qelebə.az / Rəşad Sadıqov: "Burada elə-belə rəqib olmur"

Rəşad Sadıqov: "Burada elə-belə rəqib olmur"

Bu gün, 15:20

“Əlimizdən gələni edəcəyik ki, mərhələni keçən tərəf biz olaq”.

Apasport.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Payde"yə (Estoniya) qarşı keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında deyib.

Mütəxəssis ilk görüşdəki məğlubiyyəti kompensasiya etmək istədiklərini bildirib:

“İlk oyunda 0:1 hesabı ilə uduzmuşuq. Əlimizdən gələni edəcəyik ki, mərhələni keçən tərəf biz olaq”.

Sadıqov rəqibin gücünü də yüksək qiymətləndirib:

“Burada elə-belə rəqib olmur. "Payde" də təcrübəli komandadır. Baş məşqçiləri də təcrübəlidir. Rəqibin planı barədə məlumatımız yoxdur. Buna baxmayaraq, öz oyunumuzu göstərməyə çalışacağıq”.

Qeyd edək ki, "Zirə" – "Payde" arasında cavab görüşü iyulun 30-da saat 20:00-da Sumqayıt şəhər stadionunda keçiriləcək. Estoniyada baş tutan ilk oyunda "Payde" 1:0 hesabı ilə qalib gəlib.

Geri qayıt