Qelebə.az / “Neftçi” “Dinamo” ilə oyun üçün Bolqarıstandadır - FOTO

“Neftçi” “Dinamo” ilə oyun üçün Bolqarıstandadır - FOTO

29-07-2026, 13:20

“Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Dinamo” Minskə qarşı keçirəcəyi cavab oyunu üçün Bolqarıstana yollanıb.

QELEBE.AZ xəbər verir ki, Bakı təmsilçisi artıq qarşılaşmanın təşkil olunacağı ölkəyə çatıb.

Matç iyulun 30-da Stara Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da, yerli vaxtla isə 20:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyunda “Neftçi” 2:4 hesabı ilə məğlub olub. Bakı təmsilçisinin mərhələ adlamaq üçün ən azı üç top fərqi ilə qalib gəlməlidir.

Geri qayıt