Qelebə.az / "Real Madrid"in fəxri prezidenti vəfat edib

"Real Madrid"in fəxri prezidenti vəfat edib

21-02-2023, 11:52

İspaniyanın "Real Madrid" klubunun sabiq futbolçusu və fəxri prezidenti Amansio vəfat edib.

"Report" Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, keçmiş hücumçu 83 yaşında dünyasını dəyişib.

O, 1962 - 1976-cı illərdə komandanın formasını geyinib və İspaniya çempionatında 344 oyunda meydanda olub.

Amansio 1984-1985-ci illərdə paytaxt klubunda baş məşqçi funksiyasını yerinə yetirib.

Qeyd edək ki, "Real Madrid"lə doqquz dəfə ölkə çempionatında qızıl medal qazanmış keçmiş forvard 1964-cü ildə İspaniya millisi ilə Avropa çempionu olub. Amansio 2022-ci ilin oktyabrından fəxri prezident idi.

Geri qayıt