Azərbaycan güləşçisi Rəna Nuriyeva Bakıda keçirilən U-17 dünya çempionatında ilk görüşünə çıxıb.
QELEBE.AZ xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsnifat mərhələsində meksikalı Silviya Espinoza Munizə 5:8 hesabı ilə məğlub olub.
Rəna Nuriyevanın təsəlliverici görüşə vəsiqə qazanması üçün rəqibinin finala yüksəlməsi lazımdır.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Dünya çempionatında Azərbaycanı 29 güləşçi təmsil edir.