Qelebə.az / Dursun Özbək Musiala barədə: “Gündəmimizdə yoxdur”

Dursun Özbək Musiala barədə: “Gündəmimizdə yoxdur”

Bu gün, 09:22

“Transferləri edəcəyik, hamı da bunu görəcək”.

Apasport.az xəbər verir ki, bu sözləri “Qalatasaray”ın prezidenti Dursun Özbək klubun yay transfer planları barədə danışarkən deyib.

O, Camal Musiala transferinin gündəmdə olmadığını bildirib:

“Musiala gündəmimizdə yoxdur. ‘Transferlər haradadır?’ deyə gileylənirlər. Amma nəticədə hər il transferlərimizi edirik və çempion oluruq. Mən ‘transfer etməyəcəyəm’ demişəm? Bəziləri yenə eyni oyunu səhnəyə qoyur. Artıq buna öyrəşmişik”.

Dursun Özbək komandanın planlı şəkildə hərəkət etdiyini vurğulayıb:

“Hamı danışır, amma 10+4 legioner limiti var, bunu bilmirlər? Biz planlı irəliləyirik. Futbolçu araşdırmalarımız və planlarımız var. Bunu necə edəcəyimizi yaxşı bilirik. Doğru bildiyimiz yoldan dönmürük. Transfer etmədən dayanmayacağam”.

Qeyd edək ki, "Qalatasaray" bu yay transfer dövründə indiyədək yalnız fransalı yarımmüdafiəçi Lesley Uqoçukvunu heyətinə qatıb. 

Geri qayıt