“Napoli” “Çelsi”də çıxış edən müdafiəçi Benua Badyaşil ilə maraqlanır.
QELEBE.AZ xəbər verir ki, London təmsilçisində yay transfer dövründə heyətdə ciddi yenidənqurma aparılır və klub uyğun təklif gələcəyi təqdirdə bir sıra futbolçularla yollarını ayırmağa hazırdır.
Badyaşil də satışa çıxarıla biləcək oyunçular sırasındadır.
“Napoli” 24 yaşlı fransalı müdafiəçinin transferi üçün danışıqları davam etdirir. “Zadəganlar” futbolçunun keçidindən ən azı 30 milyon avro gəlir əldə etməyi planlaşdırır. Hələlik Neapol klubunun bu məbləği ödəməyə hazır olub-olmadığı məlum deyil.
Qeyd edək ki, fransalı müdafiəçi ötən mövsüm “Çelsi”nin heyətində 16 oyunda meydana çıxıb.