Yeni mövsümdə İngiltərə Premyer Liqasında çıxış edəcək “Hull Siti” hazırlıq planı çərçivəsində bu gün ikinci yoxlama matçını keçirib.
QELEBE.AZ xəbər verir ki, Acun Ilıcalının sahibi olduğu klub “Rizəspor”la üz-üzə gəlib.
Görüş İngiltərə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Hull Siti” ilk yoxlama oyununda “Konyaspor”u 3:0 hesabı ilə məğlub edib.