Qelebə.az / Şalai məğlubiyyətdən sonra danışdı – "Ən yaxşı vəziyyətimizdə deyilik"

Şalai məğlubiyyətdən sonra danışdı – "Ən yaxşı vəziyyətimizdə deyilik"

Bu gün, 00:23

"Qalatasaray"ın futbolçusu Roland Şalai hazırlıq oyununda "Venetsiya"ya 0:3 hesablı məğlubiyyətdən sonra "S Sport Plus"a fikirlərini bölüşüb.

QELEBE.AZ xəbər verir ki, macar futbolçu komandanın hələ optimal formaya çatmadığını bildirib:

"Düzünü desəm, hazırda ən yaxşı vəziyyətimizdə deyilik. Özümüzü göstərə bilmədik. Amma hazırlıq dövründəyik. Daha çox çalışmalıyıq. Mövsümün başlamasına üç həftə qalır. Çempionata daha yaxşı formada başlayacağıq".

Qeyd edək ki, "Qalatasaray" daha əvvəlki yoxlama matçında digər İtaliya təmsilçisi "Monza"ya 0:2 hesabı ilə məğlub olmuşdu.

Geri qayıt