Türkiyə Super Liqasının son çempionu “Qalatasaray” bu gün növbəti yoxlama oyununa çıxıb.
QELEBE.AZ xəbər verir ki, İstanbul təmsilçisi İtaliya A Seriyası klubu “Venesiya” ilə qarşılaşıb.
Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayıb.
"Sarı-qırmızılılar" rəqibinə 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Qalatasaray” ilk yoxlama matçında digər A Seriyası təmsilçisi “Montsa”ya 0:2 hesabı ilə uduzub.