“İmişli” yay transfer dövründə daha bir futbolçunu heyətinə qatıb.
Apasport.az xəbər verir ki, komanda anqolalı Domingos Sengui Hermenegildonu (Picas) transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Sağ cinah vingeri mövqeyində çıxış edən Picas karyerası ərzində Anqolanın “Petro Luanda”, eləcə də Portuqaliyanın “Şaveş”, “Torreenşe”, “Feyrenşe” və “Fafi” klublarının formasını geyinib.