Türkiyə Super Liqasının son çempionu “Qalatasaray” bu gün növbəti yoxlama oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi İtaliya A Seriyası klubu “Venesiya” ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, “Qalatasaray” ilk yoxlama matçında digər A Seriyası təmsilçisi “Montsa”ya 0:2 hesabı ilə məğlub olub.