Qelebə.az / "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif etməyə hazırdır

"Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif etməyə hazırdır

Dünən, 22:40

İngiltərənin "Arsenal" klubu braziliyalı hücumçu Vinisius Junioru transfer etmək üçün ona klub tarixinin ən yüksək maaşını təklif etməyə hazırlaşır.

Bu barədə "The Telegraph" məlumat yayıb.

Məlumata görə, hazırda futbolçu həftəlik 400 min funt sterlinq qazanır və London təmsilçisi onun maaşını daha da artırmağa hazırdır.

Hazırda "Arsenal"ın ən yüksək maaş alan futbolçusu fevralda müqaviləsini yeniləyən Bukayo Sakadır. Onun həftəlik qazancı 365 min funt sterlinq təşkil edir.

Geri qayıt